Rusiya Odessanı bombalayıb: çoxlu ölən var | VİDEO

   Rusiya Odessanı bombalayıb:    çoxlu ölən var | VİDEO
  20 Dekabr 2025    Oxunub:1165
Rusiyanın Ukraynanın Odessa vilayətini atəşə tutması nəticəsində 8 nəfər ölüb, daha 27 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, Odessa vilayət Hərbi administrasiyasının rəhbəri Oleq Kiperin və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin yaydıqları məlumatda belə deyilir.

“Dekabrın 19-da axşam saatlarında düşmən Odessa vilayətində liman infrastrukturu obyektinə növbəti iri ballistik raket hücumu həyata keçirib. Hücum insanların ölümü, yaralanması, dayanacaqda yük maşınlarının alışması ilə nəticələnib”, - Oleq Kiper öz Telegram-kanalında yazıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər zərərçəkənlərə hər cür yardım göstərirlər. Davam edən hava hücumu xəbərdarlığı Fövqəladə hallar xidmətlərinin işini çətinləşdirir.

Ukraynanın bərpası üzrə baş nazirin müavini, icmaların və ərazilərin inkişafı naziri Aleksey Kuleba dünyanı bu hücuma adekvat reaksiya verməyə və Rusiyaya qarşı sanksiyalar təzyiqini artırmağa çağırıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Odessa   zərbələr  



Xəbər lenti